Ölkə 19:32 03.07.2020

Şahmar Mövsümov: "Kredit güzəştlərinə baxılması hazırda müzakirə olunmur"

"Ola bilsin gələcəkdə dövlətin kreditlərlə bağlı güzəşt paketlərinə baxmasına ehtiyac yaransın”.

Qaynarinfo xəbər verir ki, bunu  Azərbaycan  Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib:

Bank öhdəliklərini yerinə yetirə bilməyənlər üçün hər hansı güzəştin nəzərdə tutulub-tutulmaması ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edib ki, ilkin tədbirlər paketi zamanı Azərbaycan Banklar Assosiasiyası və Mərkəzi Bankın iştirakı ilə  güzəştlərin veriməsinə dair müzakirələr keçirilmişdi. "Bu güzəştlərin biznes və banklar arası razılaşmalar əsasında həyata keçirilməsi daha məqsədəuyğun hesab olunub. Gələcəkdə dövlətin bu paketlərə baxmasına ola bilsin ehtiyac yaransın. Amma hazırda belə məsələ müzakirə olunmur”,- o əlavə edib.