Xəbər lenti

Şahmar Mövsümovun qardaşı bankdan 100 milyon kredit götürdü
Ölkə 21:39 07.09.2017

Şahmar Mövsümovun qardaşı bankdan 100 milyon kredit götürdü

“Bank Standard” Qapalı Səhmdar Cəmiyyəti Kreditorlar Komitəsinin bugünkü iclasında sensasiyalı informasiya səslənib.

"Qaynarinfo"nun “Report”a istinadən xəbərinə görə, Azərbaycandakı dövlət fondlarından birinin rəhbərinin qardaşı ləvğetmə prosesində olan "Bank Standard" QSC-dən girovsuz olaraq 100 milyon manatdan çox kredit götürüb.

Bunu qurumun sədri, hüquqşünas Əkrəm Həsənov deyib. Bununla belə, Əkrəm Həsənov kimdən söhbət getdiyini dəqiqləşdirməyib.

Amma Virtualaz.org-un mənbələri bildiriblər ki, söhbət Azərbaycanın dövlət xadimi, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru (Vikipediya onu məhz belə təqdim edir) Şahmar Mövsümovun qardaşı - növbəti "kredit oliqarxı", biznesmen Şahin Mövsümovdan gedir.


Mənbələr onu da bildiriblər ki, bu kreditin alınmasında Azərbaycan Mərkəzi Bankından yüksək vəzifəli məmur da öz rolunu oynayıb. Amma indi, yeri gəlmişkən, bir az əvvəl "Tərəqqi" medalı almış Şahin Mövsümov qarşısında qəti şərt qoyulub: “100 milyondan çox manatı təcili  qaytar!”.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->