İdman 20:20 05.03.2019

Şahmat millimiz dünya çempionatına məğlubiyyətlə başladı

Qazaxıstanın paytaxtı Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatına kişi millimiz məğlubiyyətlə başlayıb.

Qaynarinfo xəbər verir ki, yığmamız son dünya çempionu Çinə 0,5:3,5 hesabı ilə uduzub.

Sonuncu lövhədə mübarizə aparan Nicat Abbasov heç-heçə edib. Rauf Məmmədov, Qədir Hüseynov və Eltac Səfərli isə məğlub olub.

İlk turun digər görüşlərində Hindistan İsveçi, Rusiya İranı, ABŞ Misiri və İngiltərə Qazaxıstanı məğlub edib. (oxu.az)