Dünya 13:57 06.11.2013

Şahzadə yeni iqamətgaha köçür - FOTO

Təmir işləri şahzadə ailəsinə 1 milyon funta başa gəlib

Bir neçə ay öncə oğlan övladları dünyaya gələn cütlük şahzadə Uilyam və həyat yoldaşı Keyt Midlton krallıq sarayından Kensinqtona köçür. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, övladlarını böyütmək üçün seçdikləri yeni iqamətgahda aparılan 18 aylıq rekonstruksiya yekunlaşmaq üzrədir.

Hersoqinya bu müddətdə evin aksessuar seçimindən və dizayn tərtibindən qıraqda qalmayıb. O, interyerin qəhvəyi rəngdə olmasına qərar verib. Təmir işləri şahzadə ailəsinə 1 milyon funta başa gəlib (1 mln 250 min AZN).

Keyt Midltondan daha bir xəbər var. Şahzadə ötən gün ölkədə keçirilən tədbirlərdən birində iştirak edib. Cazibədar xanım burada gözəl libası ilə diqqət mərkəzində olub.

Qaynar.info