Maqazin 21:11 24.03.2015

Şahzadənin bir-birindən cazibədar qadınları - FOTOLAR

Ən qlamur dövlət hesab edilən Monakonun monarxı II Alber dünyanın kübar məclislərinin bəzəyidir. Əfsanəvi Qreys Kellinin oğlu, ictimai xadim, Qış Olimpiya oyunlarının 5 dəfə iştirakçısı olan Alber həmçinin əyləncə məclislərinin həvəskarı, eşqbazlıq sərgüzəştləri ilə də məşhurdur. Monakonun şahzadəsi II Alberin sevgili siyahısı çox zəngindir. O, gec ailə qurub, çoxsaylı sevgi romanları isə sirlərlə doludur. Bu günə qədər nəyin həqiqət, nəyin yalan olduğunu heç kim bilmir.
 
Rusiya mətbuatı bu günlərdə 57 yaşını qeyd edən şahzadənin sirli məhəbbət romanları haqqında maraqlı yazı hazırlayıb.

Клаудия
 
Qaynar.info publika.az-a istinadən həmin yazını təqdim edir:
 
Karen Myulder
 
Bu, XX əsrin ən qaranlıq məhəbbət romanlarından biri hesab edilir. 90-cı illərin ən gözəl Hollandiyalı supermodellərindən biri olan Karen Myulder həm də "Victoria`s Secret" markasının parlayan ulduzu idi.   Helmut Nyuton onu “Dövrün ən gözəl qadını” adlandırıb. 90-cı illərin əksər modelləri kimi Karen də cəmiyyətdə tez-tez şahzadə Alberlə birlikdə görünürdü. Həmişə olduğu kimi, onların hər ikisi aralarındakı zərif dostluq haqqında danışır və məhəbbət romanı yaşadıqlarını inkar edirdilər. Əsl qalmaqal isə çox illər sonra baş verib: 2001-ci ildə fransız televiziyasında qonaq olan Karen gözlənilmədən etiraf edib ki, onu və digər top-modelləri dünyanın ən nüfuzlu insanları - siyasətçilər,  monarxlar, o cümlədən Monako şahzadəsi Alber seksual qul kimi istismar edib.

Карен
 
Bu müsahibənin ardınca böyük qalmaqal yaranıb: Şounun aparıcısı belə açıqlama gözləmədiyi üçün verilişi dayandırmalı olub, tamaşaçılardan isə studiyada baş verənlər haqqında danışmamaq üçün yazılı iltizam götürülüb. Sonradan Karen Myulder ruh halının yaxşı olmadığını əsas gətirərək ərindən boşandı, narkotik asılılıqdan müalicə olundu və karyerasına son verdi.
 
Oksana Qrişuk
 
Şahzadənin bioqrafiyasında parlaq sevgi romanlarından biri ikiqat olimpiya çempionu, ukraynalı fiqurlu konkisürən Oksana Qrişukla bağlıdır. Onlar 1998-ci il də Naqanada Olimpiya Oyunlarında tanış olublar.  Alber bobsley üzrə Olimpiya Oyunlarında iştirak etmək üçün sıravi idmaçılarla birlikdə kiçik kənddə məskunlaşmışdı. O, ümumi bufetdə hamı ilə birlikdə yemək yeyirdi, idmançılarla görüşürdü. Oksana həmin ildə fiqurlu konkisürmə üzrə əsas ulduz idi, onların sevgi romanı Olimpiya kəndində başladı.  Oksananın zəfərini onlar artıq birlikdə qeyd etdilər. Onların münasibətləri sürətlə inkişaf etmişdir: Onlar birlikdə Monakoda kral qəbullarında, Bill Qeytsin yaxtasında, qırmızı xalı mərasimlərində görünürdülər. Alber hətta onu atası kral Rene ilə də tanış etmişdi. Oksananın qalmaqallı nüfuzu, ruhi dəyişkənlik haqqında deyilənlər şahzadəni qorxurtmurdu.

Оксана
 
Bundan sonra nə baş verməsi haqqında tarix olub susur. Şayiələr gəzir ki, indiki həyat yoldaşı şahzadə Şarlin, CAR-ın ən məşhur üzgüçüsü Qrişuku hədələyib, onu güdüb və ona qarşı qara piar kompaniyasının aparılmasında yaxından iştirak edib, o, rəqibinin imicinin korlamaq üçün əlindən gələni edib. Bu həqiqətdir, yoxsa şayiə dəqiq məlum deyil. Əhvalatın necə bitdiyi isə hamımıza məlumdur. Şarlin Alber üçün iki varis dünyaya gətirib.
 
Klaudiya Şiffer
 
Klaudiya  Şifferin şahzadənin yaxtasında çəkilmiş çılpaq fotoları bütün dünya qəzetlərinin səhifələribi bəzəmişdi. Təvazökar, ağıllı, gözəl və ən yüksək maaşlı supermodel 90-cı illərdə illüzionist Devid Kopperfildin rəsmi nişanlısı idi. Biz indi bilirik ki, supermodelin illüzionistlə münasibətləri haqqında deyilənlər ağ yalan, sadəcə, şounun tərkibi hissəsi imiş. O zamanlar isə dünya onların niyyətlərinin səmimiliyinə inanırdı.

Клаудия
 
Şiffer vəziyyətdən çıxmağa çalışırdı. "Biz yaxın dostuq,  günəş vannası qəbul edirdik, istirahət edirdik" kimi ifadələrlə özünü təmizə çıxarmağa çalışırdı. Amma nahaq yerə. Çünki bir müddət sonra  Klaudiya və Alber ayrılmaz cütlük oldu. Deyirdilər ki, alman gözəl Kopperfildlə müqaviləsi ucbatından gizlənməyə məcbur imiş. O, perspektivdə yeni Qreys Kelli olmaq istəyirdi. Şahzadənin sarışın gözəlçə ilə  münasibətlərini Alberin onun yaxın ətrafı Naomi Kempbell və Karen Myulderlə münasibətlər qurması soyutdu.
 
Naomi Kempbel
 
"Qara pantera" ilə sevgi romanı şahzadə üçün ən pozitiv və problemsiz olanlardan biri olub. Onların hər ikisi bu münasibətə əvvəlcədən ciddi yanaşmamışdı, ikisi də əylənməyi, gecə ziyafətlərini sevirdilər.

Наоми
 
Hətta ayrılıqdan sonra dostluq münasibətlərini qoruyaraq bəzən görüşürdülər.  Naomi ilə Alber uzun illər mehriban dostlar olublar. Hətta Alber onu toyuna da dəvət etmişdi.
 
Katarina Vitt
 
Almaniyanın məşhur fiqurlu konkisürən Katarina Vitt məşhur idmançıların böyük həvəskarı olan şahzadəni bir addımı ilə cəlb etmişdi. O, mərasimlərin birində şahzadəyə yaxınlaşıb onunla şəkil çəkdirmək istədiyini bildirib.

Катарина
 
Deyilənlərə görə, Katarina şahzadənin həyatında özü təşəbbüs göstərən azsaylı qadınlardan biri olub. Məhz bu xasiyyəti sonda monarxı yorub. Katarina ayrılıq acısından çox əziyyət çəkib. Şahzadə onu tərk etdikdən sonra Katarina uzunmüddətli depressiyaya düşüb.
 
Marina Anisina
 
Şahzadənin siyahısında yenə idmançı xanım gəlir: 2002-ci ilin olimpiya çempionu olmuş Marina Anisina. Alber o zaman Fransa bayrağı altında səhnəyə çıxan Marinanın zəfər çalmasını gözləri ilə görüb. Rusiyalı idmançını tərəf müqabili İlya Averbux tərk etdiyi üçün o, özünə yeni tərəf müqabili axtarmalı olub.

Марина
 
Fiqurlu konkisürən haqqında bütün dünya danışırdı. O, şahzadə elə təəssürat oyatmışdı ki, Alber ilk baxışdan ona aşıq olmuşdu. Lakin onların münasibətləri uzun sürmür. Çünki hökmlü və prinsipial Marina Alberdən çox  şey tələb edirdi, şahzadə isə ciddi öhdəliklər götürməyə hazır deyildi.
 
Bruk Şilds

Брук
 
Alberin Bruk Şildslə sevgi romanı tezliklə piar-tarixə çevrilir. Aktrisa ruh yüksəkliyi ilə şahzadəyə elə can atıb ki, o, tələsik geri çəkilib. Sonralar Alber "O, həddən artıq şahzadəyə ərə getmək istəyirdi", - deyib.
 
Şarlin Uittstok

Шарлин

Alber növbəti idmançıya VİP tirbunadan aşıq olub. Onda şahzadə çoxsaylı eşq romanlarına imza atmışdı, artıq həyatın dadını çıxartmışdı və ən əsası təzyiq altında idi: Dünya varisi gözləyirdi. Şarlin medal alanda şahzadə bilirdi ki, onları sevgi romanı gözləyir: Bu, onun sevimli qadın tipi idi, sarışın, anasına oxşayan qadın. Onlar vaxtaşırı görüşsələr də, münasibətlərində ehtiras yox idi.
 
Toy ərəfəsində Şarlinin itməsi böyük qalmaqal yaratdı. Bütün dünya onların münasibətini müzakirə edirdi. Deyilənlərə görə, idmançı xanım nikahdan qaçlb, lakin xüsusi xidmət orqanlarının təzyiqi altında geri qaytarılıb. Yeri gəlmişkən, sonradan hər ikisi bu versiyanı qətiyyətlə təkzib etdilər. İndiyədək bu hadisə maraq doğurur. Lakin reallıq odur ki, o borcunu yerinə yetirərək  şahzadəyə əkiz varislər doğub.
 
Onu da qeyd edək ki, Alberin əlaqədə olduğu iki qadından 2 övladı var. Həmin qadınlar məşhur modellər olmasa da, şahzadənin diqqətini cəlb edə biliblər. Lakin onlar nikahdan kənar doğulduğu üçün varis taxtına iddia edə bilməzlər.

Qaynar.info