Ölkə 18:37 04.07.2015

Sakinlər mal-qaranı örüşə yox, bələdiyyənin qabağına ötürdü - İmişlidə aksiya

İyulun 4-də səhər saatlarında İmişlinin Aranlı kəndində sakinlər etiraz olaraq mal-qarasını örüşə yox, bələdiyyə idarəsinin qarşısına sürüb. Onların etirazına səbəb əhalinin ümumi istifadəsində olan örüş sahəsinin satılmasıdır. 

Sakinlər "Azadlıq" radiosuna deyiblər ki, illərdir kəndin mal-qarası bu örüşlərdə otarılır: "Örüş yerlərinin əldən çıxması kənd camaatının dolanışıq yeri olan mal-qarasını itirməyə gətirib çıxaracaq".

Kəndə polis və İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları gəlib. Rayon rəhbərlyinin və yerli bələdiyyənin etiraz aksiyasında qaldırılan tələbə hansı reaksiyanı verdiyi hələ bəlli deyil.

Qaynar.info