İdman 13:41 06.06.2019

Salah namaza görə fanatları və jurnalistləri ittiham etdi

Misir millisinin və "Liverpul"un hücumçusu Məhəmməd Salah fanatlar və jurnalistləri ittiham edib.

Qaynarinfo xəbər verir ki, buna səbəb onun bayram namazına qatıla bilməməsi olub. Valideynlərin yaşadığı ev futbol həvəskarları və media nümayəndələri tərəfindən "mühasirə”yə alındığından Salah evdən çıxa bilməyib və nəticədə məscidə getməyib.

"Bəzi jurnalistlər və sadə insanlar elə ediblər ki, insan evindən çıxa və gedib bayram namazını qıla bilmir. Bunun pərəstiş etdiyin insana sevgiyə aidiyyatı yoxdur. Bunun adı şəxsi həyata olan haqqa hörmətsizlik və peşəkarlığın olmamasıdır”, - deyə Salah bildirib.