Sağlamlıq 21:56 17.10.2017

Sağlam hesab edilən qeyri-sağlam qidalar

Avstraliya Xərçəng Təşkilatı və Ürək Fondu 1097 nəfər arasında sorğu keçirərək onlardan 134 qidanı sağlam və qeyri-sağlam kateqoriyasına aid etmələrini istəyiblər.

"Qaynarinfo" xəbər verir ki, nəticədə insanlar tərəfindən yanlış bilinən bəzi məlumatlar ortaya çıxıb. 

Qidalanma üzrə mütəxəssislər insanlar tərəfindən çox faydalı hesab edilən qidalar barədə bəzi məlumatları diqqətə çatdırırlar:

1. Portağal suyu - C vitamini ilə zəngin portağalın tərkibində həm də bol miqdarda şəkər var. Daimi olaraq istifadə edilən portağal suyu mütəxəssislər tərəfindən tövsiyyə edilmir.

2. Qlütensiz kekslər - Həzm sistemi ilə əlaqədar seliakiya xəstəliyi olmayan şəxslərə qlütensiz qidaların hansısa faydası yoxdur.

3. Muesli bar - Tərkibindəki yulaf, quru meyvələr, meyvə quruları, bal və s. sağlam qidalar olsa da, tərkibindəki yüksək miqdarda şəkərə görə daimi istifadəsi tövsiyyə olunmur.

4. Donmuş yoqurt - Dondurmaya bənzəyən bu növ yoqurtlar da tərkibindəki yüksək şəkər miqdarına görə sağlam hesab edilmir.

5. Kokos yağı - Son dövrlərdə dieotoloq və idman mütəxəssisləri tərəfindən tövsiyyə edilsə də, mütəxəssislər bildirir ki, kokos yağının tərkibində bol miqdarda doymuş yağ var. Buna görə də, digər bitki tərkibli yağlara üstünlük vermək məsləhət görülür.

Gülşən

Qaynarinfo.Az