Ölkə 21:36 26.01.2022

Salyanda iki qadın dəm qazından zəhərləndi

Salyan sakinləri dəm qazından zəhərlənib.

Qaynarinfo xəbər verir ki, hadisə rayonun "MTS” adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, həmin massivdə yaşayan, 1952-ci il təvəllüdlü Qasımova Sevil Əliağa qızı və 1968-ci il təvəllüdlü Sadıqova Sevinc Əlihüseyn qızı evdə dəm qazından zəhərlənib.

Hər iki qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.