Ölkə 21:53 12.03.2018

Salyanda yol qəzası nəticəsində ölənlər ana və oğuldur

Salyanda yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.

"Report”un Aran bürosu xəbər verir ki, bunlar Bakının Sulutəpə qəsəbəsinin sakinləri - 1968-ci il təvəllüdlü Şirəliyeva Kəklik Əlimərdan qızı və onun 1987-ci il təvəllüdlü oğlu Şirəliyev Ruslan Ariz oğludur.

Qeyd edək ki,  hadisə rayonun Qaraçala qəsəbəsinin ərazisində qeydə alınıb.   "VAZ-2107" markalı avtomobillə "VAZ-21099" markalı avtomobil toqquşub. 

Faktla araşdımalara başlanılıb.