Ölkə 18:06 23.06.2019

Şamaxıda taxıl sahəsində baş vermiş yanğın söndürülüb (YENİLƏNİB)

Şamaxı rayonunun Çarhan kəndindəki taxıl sahəsində baş verən yanğın söndürülüb.

Qaynarinfo "Report"a istinaədn xəbər verir ki, nəticədə 10 hektar ərazidə biçilmiş və biçilməmiş taxıl sahəsi yanaraq külə dönüb.

Hadisə yerinə FHN-in Şamaxı ilə yanaşı İsmayıllı və Qobustan rayonlarının yanğından mühafizə idarələrinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Fakt araşdırılır. 

16.40

Şamaxı rayonunun Çarhan kəndində biçilməmiş taxıl sahələri yanır.

Qaynarinfo "Report"a istinaədn xəbər verir ki, əraziyə FHN-in Şamaxı, Qobustan və İsmayıllı rayonlarının yanğından mühafizə idarələrinin texnika və canlı qüvvələri cəlb olunub.

Yanğının söndürülməsi istiqamətidə iş aparılır.