Ölkə 09:54 08.06.2018

Şamaxıda mikroavtobus aşıb: çox sayda yaralı var

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bu gün saat 09:00 radələrində magistral yolun Şamaxının Mirikənd kəndi ərazisindən keçən hissəsində "Ford” markalı mikroavtobusu aşıb, 10-a yaxın sərnişinin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar təcili yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılır.

Hadisə barədə əlavə məlumat veriləcək. Faktla bağlı araşdırma aparılır.