Foto 10:07 06.02.2019

Şamaxıda orta məktəb qəzalı vəziyyətə düşdü (FOTOLAR)

Şamaxı rayonunda baş verən zəlzələ zamanı şəhər 2 saylı tam orta məktəb qəzalı vəziyyətə düşüb.

Qaynarinfo-nun report-a istinadən məlumata görə, iki korpusdan ibarət olan məktəbin 2-ci korpusunun tavan hissəsi çöküb, binanın 3-cü və 2-ci mərtəbəsində çatlar əmələ gəlib və qəzalı vəziyyətə düşüb. 

Məktəbin qəzalı vəziyyətə düşən korpusuna şagird və müəllimlərin girişi qadağan edilib. Məktəbin 1-ci korpusu birmərtəbəli olduğundan binaya ziyan dəyməyib. Məktəbdə dərslər müvəqqəti olaraq dayandırılıb. 

Əraziyə FHN əməkdaşları və yerli icra hakimiyyətinin rəsmiləri baxış keçiriblər.