Ölkə 17:47 17.02.2019

Şamaxıda yollar buz bağladı

Şamaxıya yağan qar yolların buz bağlamasına səbəb olub.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, iki gündür qarın yağması avtomobil yollarına təsirsiz ötüşməyib.

Ağsu dolaylarında qış mövsümünə hazır olmayan avtomobillərin sürücüləri çətin anlar yaşayıblar.

Şaxtalı hava səbəbindən buz bağlayan Şamaxı-Çöl Göylər-Padar yolunun enişli-yoxuşlu nöqtələrinə, sərt döngələrinə qum-duz qarışığı səpilib. Yolda növbəli əsasda işçi qrupunun üzvləri fəaliyyət göstərir.

Şaxtalı hava üzündən sürücülərə axşam saatlarında yola çıxmamaq tövsiyə edilir.