Sənət 11:10 27.08.2014

Sami Yusuf BMT səfiri oldu

Azərbaycan əsilli məşhur britaniyalı bəstəkar-müğənni Sami Yusuf BMT-nin Ərzaq Proqramının aclıqla mübarizə üzrə elçisi təyin olunub.

APA-nın BMT İnformasiya Mərkəzinə istinadən xəbərinə görə, S.Yusuf uzun müddət ÜƏP-in fəaliyyətini dəstəkləyib və albomlarının satışından əldə etdiyi gəlirlərlə ehtiyacı olanlara ərzaq yardımı çatdırılması əməliyyatlarını maliyyələşdirib, BMT əməkdaşları ilə birlikdə Misir və İordaniyada suriyalı qaçqınlara yardım çatdırılmasını müşahidə edib. 

Qeyd edək ki, S.Yusuf Tehranda azərbaycanlı ailəsində doğulub. 

Üç yaşında ailəsi ilə birlikdə Böyük Britaniyaya köçüb.

Qaynar.info