İdman 12:30 14.01.2019

Samir Əliyev istefa verdi

Azərbaycanın U-19 milli komandasının baş məşqçi postuna keçən Samir Əliyev "Səbail”dən ayrılıb.

Paytaxt klubunun akademiyasında koordinator çalışan gənc mütəxəssis ayrılıq qərarı verib. 

Bu barədə sportal.az-a açıqlamasında 39 yaşlı çalışdırıcı məlumat verib. O, iki vəzifədə çalışmaq istəmədiyi üçün belə qərar verib.

Qeyd edək ki, Samir Əliyev ötən mövsüm "Səbail"in baş məşqçisi olub. O, postundan ayrıldıqdan sonra klubun akademiyasında çalışırdı.