Video 10:35 08.12.2018

Samir Şərifov devalvasiya xəbərlərinə aydınlıq gətirdi (VİDEO)

Maliyyə naziri Samir Şərifov Azərbaycan manatının gələcək taleyilə bağlı yaranmış söz-söhbətlərə aydınlıq gətirib.

Qaynarinfo xəbər verir ki, nazir "Real" TV-yə açıqlamasında bildirib ki, onun mətbuata verdiyi açıqlama bəzi qüvvələr qan çıxmayan problem yaratmaq istəyirlər: 

"Mən nə demişəm, öz sözümün altında imza atmağa hazıram. Qeyd etdiyim o idi ki, manatın kəskin möhkəmlənməsi, iqtisadiyyatımız üçün faydalı deyil. İlk növbədə milli istehsal üçün faydalı deyil. xracatla məşğul olan sahibkarlarımız üçün də faydalı deyil. Kim bu barədə mübahisə etmək istəyirsə, mən həmin şəxslə mübahisəyə hazıram. Bu məsələyə büdcə qaydası ilə bağlı toxunmuşdum. Biz dövlət büdcəsini maliyyələşdirmək üçün neft daxilolmalarından istifadə səviyyəsini müəyyənləşdiririk. Neftin qiymətindən aslı olaraq valyutamız möhkəmlənmir. Bu milli iqtisadiyyatımıza mənfi təsir göstərir. Bunun qarşısını almaq üçün Mərkəzi Bank artıq xarici valyutanı bazarlardan almağa başlayır. Bununla da, manatın əlavə möhkəmlənməsinə imkan vemir".

  
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!