Ekonomiks 11:46 23.07.2014

Samsung Galaxy Tab S ilə rəngin gücünü artırın - FOTO


Bu günlərdə Samsung Electronics Co Ltd şirkəti yeni Galaxy Tab S planşetini təqdim etdi. İndiyədək istehsal olunmuş ən nazik və yüngül Samsung planşeti olan Galaxy Tab S Super AMOLED displeyə malikdir. Cihaz ən qabaqcıl texnologiyaları və eksklüziv əyləncələr üçün premium kontent dəstini özündə birləşdirir. Galaxy Tab S bir çox işin yerinə yetirilməsi üçün yüksək məhsuldarlığa və çox eleqant dizayna malikdir.

Galaxy Tab S Samsung displeylərinə xas əlavə texnologiyalarla təchiz edilmişdir. Bu texnologiyaların imkanları aparat xüsusiyyətlərindən üstündür. Adaptive Display işə salınan proqram, rəng temperaturu, ətraf mühitin işıqlanmasına uyğun olaraq rəng qamması, zənginliyi və dəqiqliyinin intellektual tənzimlənməsi hesabına yüksək vizual keyfiyyət təmin edir. Əvvəlcədən quraşdırılmış AMOLED Cinema, AMOLED Photo peşəkar rejimləri video və foto kontentə parlaqlıq, dinamiklik vermək üçün istifadəçilərin ekran parametrlərini əl ilə düzəltməsinə imkan verir.

Bundan əlavə, Galaxy Tab S istifadəçiləri kontentə çöldə, günəş şüalarının altında rahatlıqla baxa biləcəklər. Çöl şəraiti üçün təchiz edilmiş qabaqcıl texnologiya görüntünü daha dəqiq, parlaq və təbii edir.

Güclü batareyası və Ultra-Power Saving Mode rejiminin hesabına Galaxy Tab S istifadəçilərə batareyanın boşalması barədə narahat olmadan uzun müddət mobil əyləncələrdən zövq almağa imkan verir.

Planşetin ölkəmizdə rəsmi satışı 25 iyul tarixindən başlayır. İlk Galaxy Tab S planşetlərini 2 mağazadan; 28 May küçəsində yerləşən “Samsung Brand”mağazasından və Azadlıq prospektindəki “Baku Electronics” mağazasından eksklüziv olaraq əldə etmək mümkün olacaq. Hər mağazanın ilk 50 Galaxy Tab S sahibinə Samsung Gear Fit hədiyə olunacaq. 31 İyul tarixinə qədər isə digər alıcılara dəbli qovluq hədiyyə ediləcək.

Qaynar.info