Texnologiya 13:20 17.04.2018

"Samsung"dan internetsiz "smartphone"

"Samsung" şirkəti internetsiz "smartphone"u təqdim edib.

Qaynarinfo Engadget-ə istinadən xəbər verir ki, "Galaxy J2 Pro" modelinin 3G, LTE və WiFi funksiyaları yoxdur və internetə daxil olmaq qeyri-mümkündür. Şirkət bu telefonu həm uşaqlar, həm yaşlılar, həm də mobil telefon asılılığı olan şəxslər üçün məsləhət görür. 

4,9 düym ölçüyə sahib "Galaxy J2 Pro" AMOLED ekran, 1,5 GB RAM, 8 meqapiksel arxa, 5 meqapiksel ön kameraya sahibdir. 

Qara və qızılı rənglərdə istehsal ediləcək modeli 185 dollara almaq mümkün olacaq.

Gülşən