Ekonomiks 09:47 25.10.2020

“Samsung”un rəhbəri vəfat etdi

"Samsung” konserninin sədri Li Qon Xi 79 yaşında vəfat edib.

Qaynarinfo "Ryonxap” agentliyinə istinadən xəbər verir ki, iş adamı Seulda "Samsung” xəstəxanasında bazar günü dünyasını dəyişib. Li Qon Xi 1942-ci ildə doğulub və atası, qrupun banisi Li Byon Çxolun 1987-ci ildə vəfatından sonra "Samsung”un ikinci sədri olub.

2014-cü ildə Li Qon Xi infarkt keçirib və bundan sonra şirkətə nəzarət faktiki olaraq oğlu və qrupun törəmə şirkəti olan "Samsung Electronics”in vitse-prezidenti Li Çje Yona keçib.