Ekonomiks 17:45 10.07.2018

Bu şəhərdə ən aşağı gəlirli ailənin illik qazancı 117 min dollardır

ABŞ-ın San Fransisko şəhərində illik gəliri 117 min dollar olan ailə artıq "aşağı gəlirli" hesab ediləcək.

Qaynarinfo xəbər verir ki, 4 nəfərlik ailənin illik qazancı 73 min 300 dollardırsa, ailə "çox aşağı gəlirli" kateqoriyasına aid ediləcək. San Fransisko dünyanın ən bahalı, həmçinin insanların ən çox gəlir əldə etdiyi şəhərlərdəndir. Ərazidə bir ailənin orta gəliri 91 min dollardır. Ən çox qazanan şəxslər 193 min 400 dollarla həkimlərdir. 

326 milyon əhalinin yaşadığı ABŞ-ın 40 milyonunun gəliri 4 nəfərlik ailə üçün 25 min 100 dollardan azdır. San Fransiskoda xərclər ölkənin digər ərazilərindən 25% bahadır. Son 10 ildə kirayə qiymətləri 2 dəfə artıb. Hazırda 2 otaqlı evi 3121 dollara kirayələmək mümkündür. Şəhərin ən az qazananları 18 min 500 dollarla fermerlərdir. 

Yüksək qiymətlərə baxmayaraq San Fransisko ABŞ-ın ən rahat və gözəl ərazilərindən hesab edildiyi üçün insanlar buranı tərk etmir. Şəhərlə birlikdə Santa Barbara, Honolulu da ölkənin ən çox seçilən əraziləri arasındadır.

Gülşən