Foto 13:21 08.12.2018

"Sarı jiletlilər" yenidən küçələrdə: Böyük aksiya həbslərlə başladı (FOTOLAR)

Fransada "sarı jiletlilər"in aksiyası yenidən başlayıb.

Qaynarinfo xəbər verir ki, səhər saatlarında çox sayda insan saxlanılıb, 30-dan çox etirazçının üzərində soyuq silah aşkarlandığı üçün həbs qərarı verilib. 
Parisin mərkəzi küçələrinə yığışan aksiya iştirakçılarına bölgələrdən qoşulanlar da var. 

Qeyd edək ki, 17 noyabrdan bəri yanacağa tətbiq edilən vergi artımı və iqtisadi vəziyyətə etiraz edən nümayiş iştirakçıları Fransa hökuməti qərarı 1 il müddətinə təxirə salandan sonra aksiyalara ara vermişdi. 

Gülşən
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!