Dünya 11:48 05.02.2013

Sarkisyan Qərbi Azərbaycanda sərsəmlədi

“Ermənistanın məqsədi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllidir”. Bunu Ermənistanın fəaliyyətdə olan prezidenti Serj Sarkisyan Masis (Uluxanlı) şəhərində seçicilərlə görüşdə deyib. O, qondarma Dağlıq Qarabağ rejiminin bəzi dünya ölkələrinin parlamentləri tərəfindən tanınmasını istisna etmədiyini bildirib.

“Amma əsas məsələ bu deyil. Əsas məsələ Qarabağın müstəqilliyini Azərbaycanın tanınmasıdır. Bu, mənim üçün iyirmi başqa ölkənin tanımasından daha qiymətli olar. Çünki, bu, məsələnin beynəlxalq hüquq normaları əsasında, yəni ədalətli həlli demək olar. Bunun üçün hər şeyi etməli, o cümlədən, silahlı qüvvələrinin təhlükəsizliyini artırmalıyıq”, - Serj Sarkisyan bildirib.

ANS PRESS