Dünya 16:34 21.02.2019

Sarkozi Qəddafidən 8 milyon dollar pul alıb

Sabiq Fransa prezidenti Nikola Sarkozi Liviyanın keçmiş lideri Müəmmar Qəddafidən 8 milyon dollar alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Qəddafinin kəşfiyyat rəhbəri olmuş Abdulla Əl Sennusi Fransa məhkəməsinə məlumat verib. Məbləğ qarşılığında Qəddafinin beynəlxalq nüfuzunun bərpası, yaxın şəxsləri barədə məhkəmə prosesinin dayandırılması və həbs qərarlarının ləğvi sözü verilib. 

2007-ci ildə Fransa prezidenti seçilən Sarkozinin Qəddafini qəbul etdiyi, verilən pulun seçki kampaniyası üçün istifadə edildiyi bildirilir. O, ötən il milyonlarla dollar pul alması barədə iddiaları rədd edərək istintaq prosesini zaman israfı adlandırmışdı. Sabiq prezidentin sözlərinə görə Liviya liderindən alınan məbləğ 45 min dollardan az olub. Ərəb Baharı dövründə Liviyada hakimiyyətə qarşı başlayan nümayişlər zamanı Fransa BMT qərarını gözləmədən bu ölkəyə hava hücumu təşkil etmişdi.

Gülşən