Xəbər lenti

Saxta
Foto 14:34 03.05.2021

Saxta "polis mayoru"nun evindən çıxanlar (FOTO)

Daxili İşlər Nazirliyinin əməkdaşları özünü polis kimi təqdim edən şəxsin evində axtarış tədbirləri həyata keçiriblər.

Nazirlikdən Qaynarinfo-ya verilən məlumata görə, nəticədə onun evindən polis şevronu, qandal, cinayət əməlində işlətdiyi telefonlar və digər əşyalar maddi sübut kimi götürülüb.

Qeyd edək ki, 2 gün əvvəl sosial şəbəkədə özünü polis kimi təqdim edərək qadınları şantaj edən şəxs barədə mediada məlumat yayılmışdı.

Hazırda faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.

İstintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, saxlanılan şəxs Elvin Əliyevdir. O, əvvəllər Cinayət Məcəlləsinin 182.1-ci ( Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə məhkum olunub.

Hazırda onun barəsində Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 182.1-ci ( Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddəsi ilə cinayət işi başlanılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->