Xəbər lenti

Sayğaca elə bir müdaxilə etdi ki... (VİDEO)
Video 20:45 12.11.2017

Sayğaca elə bir müdaxilə etdi ki... (VİDEO)

Quba rayonunda sayğacın göstəricisinə müdaxilə edilib, elektrik xəttini ağacın içindən keçiriblər.

"Qaynarinfo" "Xəzər TV"yə istinadən xəbər verir ki, Quba rayonunda elektrik enerjisindən istifadə qaydalarını pozaraq qeyri qanuni, sayğacdan kənar qoşulmalara yol verən istehlakçılara qarşı yoxlamalar aparılıb. Rayonun İspik kəndində qayda pozanlar aşkarlanıb. Saygacdan kənar elektrik xətti çəkərək enerjidən istifadə ediblər.

Yoxlamalar zamanı 9 qayda pozuntusu aşkar olunub. Bunlardan 8-i kənar xətt, 1-i isə elektrik sayğacının hesablama mexanizmini xüsusi magnit vasitəsilə süni şəkildə dayandırılması faktı olub.

Tülər, Tüləkəran və Bağbanlı kəndlərində də belə hallar müşahidə olunub.

Belə yoxlamaların rayon ərazisində davam etdiriləcəyi bildirilir.


Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->