Ölkə 12:30 08.08.2020

Şöbə müdiri: “Yarım saata dünya dağılmaz, ezamiyyə vərəqəsi alınmalıdır”

"Azərbaycanda kütləvi informasiya vasitələri əməkdaşlarına ezamiyyə vərəqəsini tez vermək üçün lazımi prosedura malik olmalıdır”.
 
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

"Yarım saata ezamiyyə vərəqəsi yazıb müxbirə vermək olar ki, o hansısa hadisəni işıəqlandırmağa gedə bilsin. İnanıram ki, yarım saata dünya dağılmaz, ezamiyyə vərəqəsi alınmalıdır”, - deyə o, qeyd edib.