Ölkə 18:26 18.04.2019

Şöbə müdirinə yeni vəzifə verildi

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov nazirlikdə informasiya məsələləri üzrə məsul şəxs təyin edilib.

Bu barədə Qaynarinfo-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Digər müvafiq əmrlə nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Yusif Səfərov etik müvəkkil təyin olunub.