İdman 16:03 21.01.2022

"Səbail" futbolçusu ilə müqavilə müddətini uzatdı

"Səbail" Turan Manafovla yeni müqavilə imzalayıb.

Qaynarinfo xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçunun müqaviləsi daha bir il müddətinə artırılıb.

Manafovun qış fasiləsində  Yunanıstan klubu "Olimpiakos Volos"la anlaşdığı bildirilsə də sonradan bu transfer baş tutmayıb.  

Səbuhi Həsənov