"Səbail" - "Krayova" matçının stadionu müəyyənləşib

"Səbail"in Bakıda Rumıniyanın "Krayova" komandası ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun stadionu müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, Aftandil Hacıyevin baş məşqçilik etdiyi kollektiv iyulun 11-də rəqibini "ASCO Arena"da ("Bayıl Arena") qəbul edəcək. UEFA qəsəbə təmsilçisinə I təsnifat mərhələsindəki oyunu süni ot örtüklü meydanda keçirməyə icazə verib. 

Qeyd edək ki, cavab görüşü iyulun 18-də Yon Oblemenko stadionunda keçiriləcək.  
 

XƏBƏRLƏR
BLOGLAR