İdman 13:00 16.05.2018

"Səbail"in baş məşqçisi və "Zirə"nin futbolçusu cəzalandırıldı

AFFA İntizam Komitəsinin iclası keçirib.
 
Qaynarinfo-nun məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub.

12 may 2018-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının XXVII turunun "Neftçi” – "Səbail” matçının 43-cü dəqiqəsində "Səbail” klubunun baş məşqçisi Samir Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 42.3).

2 may 2018-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının XXVII turunun "Zirə” – "Kəpəz” matçının 9-cu dəqiqəsində "Zirə” klubunun 8 №-li futbolçusu Milan Duriç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 38.3).

Oyunun 80-cı dəqiqəsində "Kəpəz” klubunun 11 №-li futbolçusu Kamran Abdullazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur(maddə 48).