Səbuhi Abbasov:

Səbuhi Abbasov: "Şuşa Bəyannaməsi tək regionda deyil, bütün dünyada yeni reallıqlar formalaşdıracaq"

İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad olunan Şuşa şəhərinə tarixi səfər edib və Qarabağın ürəyi olan Şuşada tarixi bəyannaməyə imza atılıb.
 
Prezident, Ali Baş Komandan İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan tarixi Bəyanaməyə münasibət bildirən 7NEWS.az saytının rəhbəri, internet-media eksperti Səbuhi Abbasov bu hadisənin geosiyasi proseslərə mühüm tövhə verəcəyini deyib:
 
"Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq. Bundan başqa dünya gördü ki, ikili standartlar, süni əngəllər, dekorativ yanaşmalar, islamafobiya, terror təhdidləri, lobbi birləşmələri inkişafa deyil, xaosa köklənir və dünyanı məhvə aparır. Və bu üsullar heç də hər zaman işğalçını qoruma gücündə deyillər. Bəli, Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə, bütün dünyaya sülh mesajı verdi, eyni zamanda, erməni vandalizmini dünyaya təqdim elədi. Dünya gördü ki, 30 ildir işğalda olan əraziləri Xerosimaya çevirmək erməni faşizminə xas xüsusiyyətdir. Bu mənada, "Şuşa Bəyannaməsi" tək regionda deyil, bütün dünyada yeni reallıqlar formalaşdıracaq.

44 günlük savaş isə Azərbaycan ordusunun qüdrətinin və xalqımızın iradəsinin təntənəsi idi. Allah Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin!"
 

X
XƏBƏRLƏR
BLOGLAR