Ekonomiks 11:53 07.05.2019

Seçki qeyri-müəyyənliyi türk lirəsini vurdu

Türkiyədə İstanbul bələdiyyə seçkilərinin nəticəsinin ləğvi lirənin mövqeyinə mənfi təsir göstərib.

Qaynarinfo xəbər verir ki, seçki qeyri-müəyyənliyi ölkədə ABŞ dollarının məzənnəsinin 6,17 lirəyə çatmasına səbəb olub. Türk lirəsi ötən günlə müqayisədə 0,09 lirə dəyər itirib. 

Qeyd edək ki, sonuncu dəfə ABŞ dollarının Türkiyədə mövqeyi ötən ilin oktyabrında bu qədər möhkəm olub.

Gülşən