Sənət 00:05 16.12.2016

Səddamın generalı idi, “Kurtlar Vadisi”nə çəkildi VİDEO

İraqda Səddam Hüseyn dövründə 17 il ərzində general olaraq çalışan Kudhur Əhməd hazırda Türkiyənin Sivas şəhərində yaşayır.

Publika.az “Hürriyət” nəşrinə istinadən xəbər verir ki, burada tərcümə işi ilə məşğul olan keçmiş general “Kurtlar Vadisi” serialında də kiçik bir rolda oynayıb.

50 yaşındakı pilot general 2003-cü ildə Bağdadın işğalından sonra amerikalı əsgərlər tərəfindən öldürüləcəyindən qorxaraq gizlənir. Lakin bir ildən sonra Amerika əsgərləri tərəfindən ələ keçirilib. Amerika əsgərləri ilə işləmək məcburiyyətində olan generalın evi sonralar İŞİD terror təşkilatı tərəfindən bombalanır. İŞİD-ə əsir düşən Kudhur Əhmədin həyat yoldaşı onun gözləri qarşısında öldürülür, özü isə yaralı olaraq xilas olur.

Kudhur Əhməd 2013-cü ildə qaçqın olaraq İstanbula gəlir. Burada bir müddət tərcüməçilik və aktyorluq edən general daha sonra Sivasa gəlib. 8 dil bilən general tərcüməlik edərək pul qazanır.


Qaynarinfo.Az