Ölkə 11:18 18.02.2020

"Sədərək"də 1000 kv metr ərazi yandı (RƏSMİ)

"Yanğın haqqında məlumat daxil olan kimi dərhal ərazi üzrə Qaradağ rayon Yanğından mühafizə idarəsinin əməkdaşları yanğın yerinə cəlb olunub”.

Qaynarinfo-nun məlumatına görə, bu sözləri Dövlət Yanğından Mühafizə İdarəsinin Qərargah rəisi Əkbər Novruzov bildirib.

Ə.Novruzov qeyd edib ki, bir saata ayxın davam edən yanğına 23 texnika və 125 canlı qüvvə cəlb olunub. Yanğın 900-1000 kv. metr ərazini əhatə edib. Yanğın tam söndürülüb. Hazırda soyutma işləri aparılır. Yanğının səbəblərinin müəyyən olunması stiqamətində araşdırmalaradavam etdirilir”.