Foto 09:49 18.02.2020

"Sədərək"də vəziyyət necədir? - General hadisə yerinə getdi (FOTO/VİDEO)

Xəbər verdiyimiz kimi, səhər saatlarından "Sədərək” Ticarət Mərkəzində ciddi yanğın olub. 

"Qafqazinfo”nun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. 

Hazırda yanğının söndürülməsi üzrə işlər başa çatır, artıq yanğın lokallaşdırılıb.

Qeyd edilir ki, bazardakı mallar zədələnib, sahibkarlar onlara külli miqdarda ziyanın dəydiyini deyirlər. 

*****

Fövqəladə Hallar Nazirliyi "Sədərək" Ticarət Mərkəzindəki yanğından görüntülər yayıb. 

Qurumun yaydığı son məlumata görə, yanğın söndürülüb. Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.