Foto 19:35 05.08.2019

“Sədərək”dəki yanğından geriyə qalanlar (FOTOLAR)

Xəbər verdiyimiz kimi, dünən "Sədərək” Ticarət Mərkəzində oyuncaq anbarında yanğın baş verib. Yanğın qısa zamanda digər anbarlara da keçib. Ümumilikdə 2 min kv.m-lik ərazinsinin 300kv.m-i yanıb.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, ərazidə ehtiyat məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və yanğınsöndürən maşın saxlanılır. Ticarət Mərkəzinin mühafizə xidməti ərazidən oğurluq edilməməsi üçün nəzarəti gücləndirdiyini deyib. Əraziyə gələn sahibkarlara yaxınlaşsaq da, onlar danışmaq istəmədiklərini dedilər.

Bildirdilər ki, rəhbərlik səhər saatlarında onlarla görüşüb. Malları yanan şəxslərdən bir neçəsi yanan anbarlarda salamat qalan məhsullarını çıxarmağa çalışırdı. Görünən o idi ki, məhsulların böyük hissəsi yanıb, geriyə qalanlar isə tamamilə istifadəyə yararsız haldadır. Ərazidə rəhbərlik nümayəndələrindən heç kim yox idi. Nə zaman gələcəklərini soruşsaq da, suallarımıza cavab ala bilmədik. Mövcud vəziyyəti sizə fotolarla təqdim edirik: