Video 22:55 19.03.2019

Səfir Azərbaycan xalqını belə təbrik etdi (VİDEO)

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Örl Litzenberger Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Qaynarinfo xəbər verir ki, səfirliyin "Feysbuk" səhifəsində yayımlanan videoda Litzenberq Azərbaycan dilində "Əziz dostlar” müraciəti ilə təbrikinə başlayıb və ardınca doğma dilində nitqini davam etdirib.

Sonda isə səfir yenə öz dilimizdə "Novruz bayramınız mübarək!” deyərək təbrikini sonlandırıb.