Ölkə 23:01 19.09.2019

Səfir: "Azərbaycanlıların Türkiyədən kütləvi deportasiya xəbəri həqiqəti əks etdirmir"

Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyədə Azərbaycan vətəndaşlarının xüsusəndə Naxçıvan Muxtar Respublikasının vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması ilə bağlı xəbərinə münasibət bildirib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "Report” a açıqlamasında deyib ki, dərc edilən məlumatlarla bağlı Türkiyədə araşdırma aparılıb:

"Xəbər həqiqəti əks etdirmir. Türkiyədə yaşayan azərbaycanlıların problemləri ilə bağlı məsələ iki gün əvvəl Bakıda Azərbaycanın Baş Naziri Novruz Məmmədov və Türkiyənin Vitse-prezidenti Fuad Oktayın sədrliyi ilə keçirilən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında müzakirə olunub və problemlərin həlli üçün lazımi addımların atılması barədə qərar qəbul edilib".