Dünya 16:54 10.06.2021

Şəhər meri qaraçılara şəhərdən çıxmaq üçün bir neçə saat vaxt verdi

Rivne şəhərinin meri Aleksandr Tretyak bölgədəki qaraçılarla görüşdüyünü və şəhərdən çıxmaları üçün onlara bir neçə saat vaxt verdiyini deyib. 

Qaynarinfo xəbər verir ki, Radio Track-də çıxış edən Tretyak ehtiyac olduğu təqdirdə şəhərin qara əhalisinin "bir avtobusa paketlənib" Zakarpatyeyə aparılacağını da əlavə edib.

Bundan bir qədər əvvəl şəhərdə xırda oğurluq və qaraçılar tərəfindən karantin normalarını pozma halları adi hal alıb. Bununla əlaqədar, Rivne Şəhər Şurasının saytında sakinlərdən qaydaları pozan şəxslərin məhkəməyə verilməsini tələb edən petisiya ortaya çıxıb.

Tretyak baş verənlərlə bağlı sözü və səbrinin tükəndiyini bildirib.
 
Alpər