Sağlamlıq 19:01 06.11.2017

Səhərlər bu qidaları qəbul etməyin (SİYAHI)

Günə pozitiv və enerjili şəkildə başlasanız belə, günortadan sonra birdən-birə özünüzü yorğun hiss edirsiniz?

Bunun səbəbini səhər yediyiniz qidalarda axtarmalısınız. Çünki bəzi qidalar səhər yeyildikdə enerjini azaldır və insanın özünü yorğun hiss etməsinə səbəb olur. Bəs bu qidalar hansılardır?

"Qaynarinfo" bu qidaların siyahısını sizə təqdim edir:

Banan 
 
Banan və ya qabaq tumu kimi tərkibində bol miqdarda maqnezium olan qidalar insanı yorur. Mütəxəssislər bildirirlər ki, maqneziumlu qidalar yatmadan öncə yeyilməlidir. Ancaq bu tip qidaları günə başlayarkən ya da günün ortasında yemək enerjinizi azalda bilər.

Ağ çörək 
 
Tam taxıllı çörəklər və qəhvəyi rəngli düyü günortalar üçün daha uyğun qidalardır. Ağ çörək, ağ düyü kimi tərkibində yüksək miqdarda karbohidrat olan qidalar həm insanı tez acıdır, həm də yorğunluğa səbəb olur.

Qırmızı ət
 
Tərkibində çoxlu yağ olan qırmızı ət yedikdən 1-2 saat sonra özünüzü olduqca yorğun hiss edəcəksiniz. Çünki həmin yağları yandırmaq üçün çoxlu enerji lazım olur. Yəni, bədənin bütün enerjisi mədənizdəki ətin həzminə və daha sonra da ətin tərkibindəki yağların parçalanmasına sərf olunur. Mütəxəssislər ət yerinə balıq yeməyi tövsiyə edirlər. Balığın tərkibindəki Omega 3 yağları gün boyu enerjili və pozitiv olmağınıza kömək edəcək.

Albalı
 
Araşdırmalar göstərir ki, albalı və albalı suyu təbii yuxu dərmanıdır. Albalını təbii yuxu gətiriciyə çevriən tərkibindəki melatonin maddəsidir. Yuxunu tənzimləməyə kömək edən albalını  günorta saatlarında yemək məsləhət görülmür.

Şirniyyat
 
Naharda şirniyyat yemək də gün ərzində özünüzü yorğun hiss etməyinizə səbəb olur. Buna səbəb şəkərli qidaların beyində çoxlu triptofan amin turşusunun əmələ gəlməsinə gətirib çıxarmasıdır. Nəticədə bədəndə insulinin səviyyəsi artır. Bu da sizin özünüzü yuxulu hiss etməyinizə səbəb olur.

Qəhvə
 
Belə bir fikir var ki, tərkibində kofein olan qəhvə və çay yuxunu dağıdır. Əslində isə çay və qəhvə insanın özünü yorğun hiss etməsinə səbəb olur. Qəhvə içmək bir saat yarım ərzində ani şəkildə enerjini yüksəltsə də, sonra sürətlə enerjinin azalması ilə nəticələnir. Mütəxəssislər gün ərzində 200-300 milliqram kofein qəbul etməyin normal olduğunu bildirirlər. Ancaq bunu gün ərzində saatlara bölmək lazımdır. Onlar gün ərzində 2-3 fincan çay və ya qəhvə içməyin zərərli olmadığını deyirlər. Dietoloqlar isə həm ideal çəkidə qalmaq, həm də gün ərzində enerjili hiss etmək üçün səhərlər mütləq südlə yulaf yeməyi məsləhət bilirlər.

Nərmin Həsənli
Qaynarinfo.Az