Video 19:25 03.12.2019

Səhhəti pisləşən xalq artistinin qızı: “Vəziyyəti yaxşı deyil” (VİDEO)

Bu gün xalq artisti Rəfael Dadaşovun səhhətinin pisləşdiyi xəbəri yayılıb.

Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin "Elgizlə İzlə” verilişində xalq artistinin qızı müğənni, Səidə Dadaşova ilə telefon bağlantısı yaradılıb.

İfaçı atasının səhhətinin pis olduğunu təsdiqləyib:

"Vəziyyəti bir az ağırdır. Problemi ürəkdir, oksigen çatışmazlığı var, bir də pnevmoniya – ciyərinə su yığılıb. Ona görə xəstəxanada yatır”.