Video 16:01 21.04.2019

Şəhid cənazəsində Kılıçdaroğluna hücum edildi (FOTO/VİDEO)

Hakkaridə PKK terrorçuları ilə atışmada şəhid olan Türkiyə ordusunun zabiti Yener Kırıkçı Ankaranın Çubuk Akkuzu məhəlləsində dəfn edilib.

Qaynarinfo xəbər verir ki, dəfn mərasimində gərginlik yaranıb. Belə ki, Ankara bələdiyyə sədri Mansur Yavaşla birlikdə mərasimə qatılan Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu hücuma məruz qalıb. 

Əvvəlcə Kılıçdaroğlunun əleyhinə şüarlar səsləndirən bir qurup daha sonra ona hücum edib. Bir nəfər CHP liderinə yumruq atıb. Partiya rəhbərinin eynəyi yerə düşərək sınıb. Mühafizəçilər Kılıçdaroğlunu ərazidən çıxarıb. 

Təhlükəsizlik orqanları evin ətrafına toplaşan qurupu uzaqlaşdırmaq üçün əməliyyata başlayıb. Həmin qurup Kılıçdaroğlunun olduğu evi daşa basıb.