Ölkə 17:19 08.04.2016

Şəhid əsgərimizdən anasına son sözlər - FOTOLAR

Son günlərdə Azərbaycanla Ermənistan arasında  gedən döyüşlərdə ordumuz bir çox şəhid verib. 

Qaynar.info musavat.com-a istinadən xəbər verir ki, təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən həlak olan hərbçimiz, 19 yaşlı şəhid, kəşfiyyatçı əsgər Emin Bağırovun sosial media hesabında yazdığı sözlər dostlarını və onu sevənləri kədərləndirib. 

O, əsgər olduğu müddətdə sosial hesabında fotolarının birində belə yazıb: "Hər Ana əsgər dünyaya gətirə bilər, amma yalnız azəri qadınları şəhid, qəhrəman, Mübariz İbrahimov gətirirlər dünyaya".


Digər fotosunda isə "Əsgər oldum, gedirəm irəli. Haqqını halal et, anam. Bəlkə, qismət olar, şəhid oldum. Bayram günü bayram payımı saxlama, şəhid olsam qəbrim üstə ağlama" deyə qeyd edib.


Emin Bağırov düşmənlə döyüşlərdə minaya düşərək həyatını itirib. Şəhid əsgərimiz Binəqədi qəsəbəsində dəfn olunub.

Onu da bildirək ki, E. Bağırov Binəqədi Rayon Gənclər və İdman idarəsi "Arktika" idman klubunda uşu idman növü ilə məşğul olurdu.