Ölkə 14:12 25.01.2014

Şəhid kapitanın dəfni - VİDEO

Mərhum Elnur Cəfərov bir neçə gün əvvəl xidmət etdiyi hərbi hissəsinin qərargah rəisi təyin edilmişdi

Ermənistan silahlı birləşmələrinin açdığı atəş nəticəsində şəhid olan ordumuzun kapitanı Elnur Cəfərovun doğulduğu Şərur rayonunda Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

ANS TV-nin məlumatına görə, şəhidin dəfni hərbi qaydalarla həyata keçirilib. Mərasimdə rayon rəhbərliyi, silahlı qüvvələrin zabit və əsgər heyəti, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Kapitan Elnur Cəfərov 1996-cı ildən hərbi xidmətə çağırılıb. Bir neçə gün əvvəl xidmət etdiyi hərbi hissəsinin qərargah rəisi təyin edilmişdi. Elnur Cəfərov döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə kapitan Cəfərov Elnur Cəfər oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Qaynar.info