Video 11:26 30.09.2021

Şəhidin xanımı: “Saçını özü kəsirdi ki, bərbərə verəcəyi pulu uşaqlara xərcləsin” (VİDEO)

ATV-nin "Bizimləsən” proqramına qonaq olan şəhid Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova hər kəsi göz yaşına boğub.

Qaynarinfo xəbər verir ki, Əzizə, Farizin bərbərə getmədiyini, hətda saçını özü kəsdiyini bildirib:

"Həyat yoldaşım uşaqlar dünyaya gəldikdən sonra bərbərə getmədi, saçını özü kəsirdi. Dedi ki, ona verdiyim pulu uşaqlar üçün nəsə alarsan. Özü ac qalardı, amma uşaqlara heç vaxt korluq çəkdirməzdi. O Şəhid olduqdan sonra, saçını kəsdiyi maşınkanın üzərində saçının telləri qalmışdı. Qıymadım onu atmağa. Götürdüm, adımızın baş hərflərini yazdırdım”.