Sağlamlıq 18:48 27.03.2020

Səhiyyə: Koronavirus abort və doğuş zamanı ana ölümü riskini artırır

Koronavirus abort və doğuş zamanı ananın ölüm riskini artırır.

Qaynarinfo xəbər verir ki, bu haqda Rusiya Səhiyyə Nazirliyinin tövsiyələrində deyilir.

Koronavirus xəstəliyi zamanı hamiləliyin və doğuşun dayandırılması ağırlaşmalarla müşayiət olunur. Bunlar arasında əsas xəstəliyin ağırlaşması, tənəffüs çatışmazlığının inkişafı, mamalıq qanaxmasının görünməsi, dölün ölümü qeyd olunur.

Hipoksiyanın inkişafı və ya tənəffüs çatışmazlığı alveolyar ağciyər ödeminin inkişafı ilə də mümkündür. Bu hallarda təcili qeysəriyyə əməliyyatı etmək məsləhət görülür.

Alpər