Ölkə 23:51 03.06.2019

Səhiyyə Nazirliyi jurnalisti məhkəməyə verdi

Səhiyyə Nazirliyi qurumu rüşvətxorluqda ittiham edən jurnalist Teymur Kərimovu məhkəməyə verib.

Qaynarinfo xəbər verir ki, bu haqda jurnalist özü məlumat yayıb.

Teymur Kərimov  bildirib ki, nazirlik Cinayət Məcəlləsinin 147.2 maddəsilə məsuliyyətə cəlb edilməsini tələb edir. Məhkəmə iyunun 7-si tarixinə təyin edilib.

Qeyd edək ki, Teymur Kərimovun anası qan xərçəngindən əziyyət çəkir. Teymur Kərimov müalicəyə başlanılan ilk gündən indiyədək rüşvət verməkdən tamamilə müflisləşdiyini bildirərək Səhiyyə Nazirliyinin binası qarşısında etiraz aksiyası kemirib. O, etirazını anasının müalicəsinə xərcləmək üçün paltarlarını çıxarıb satışa çıxarmaqla bildirmişdi.