Dünya 14:20 09.07.2020

Səhiyyə Nazirliyi: “Rusiyda koronavirusa qarşı peyvənd könüllü olacaq”

Rusiyda koronavirusa qarşı peyvənd könüllü olacaq. 

Qaynarinfo İnterfaks-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko bildirib.
"Ümumiyyətlə, hər halda peyvəndləmə yalnız vətəndaşın özünün razılığı ilə aparılır", - nazir Rusiya 1 kanalına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, bu gün Rusiyada 17 perspektivli peyvənd hazırlıq prosesindədir.

Koronavirus İnformasiya Mərkəzinin verdiyi məlumata görə, 8 iyul tarixinə Rusiyada 84 bölgədə 6 562 yeni koronavirus infeksiyası hadisəsi qeydə alınıb. 173 nəfər ölüb. Beləliklə, Rusiya Federasiyasında pandemiya başlanandan bəri 700 min 792 nəfərdə koronavirus aşkar edilib. 10 min 667 adam ölüb.

Alpər