Ölkə 15:12 30.03.2020

Səhiyyə Nazirliyi spirtlə bağlı əhaliyə xəbərdarlıq etdi

Apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədilə istifadə olunması tövsiyə olunur.

Qaynarinfo xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi vətəndaşlara müraciətində bildirilib.

Qeyd olunub ki, adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəlidir və yolverilməzdir.

Mərkəz əhalini bu məsələdə diqqətli və ehtiyatlı olmağa çağırıb.